Bakı sakininin üzərindən və evindən külli miqdarda narkotik tapıldı
Gündəm
Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Expressxeberler.az xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən E.Eminov saxlanılıb. Onun üzərindən ümumilikdə 36 kiloqram narkotik vasitə aşkarlanaraq götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs narkotik vasitələri sosial şəbəkə vasitəsilə tanış olduğu, şəxsiyyəti istintaq tərəfindən araşdırılan xarici ölkə vətəndaşından əldə edib.
E.Eminovun həmin maddələri paytaxt ərazisində yaymaq məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığı müəyyən olunub. Faktla bağlı araşdırma davam etdirilir.
20
baxış



