Velosiped oğurlayan şəxs təhlükəsizlik kameralarına düşdü

IMG_0436 Gündəm
13:55 Expressxeberler.az

Bakıda çoxmərtəbəli binanın dəhlizindən velosiped oğurlanıb.

Expressxeberler.az xəbər verir ki, hadisə Xətai rayonunun Əhmədli qəsəbəsində baş verib.

Naməlum şəxs binanın 8-ci mərtəbəsində yerləşən dəhlizə daxil olaraq orada saxlanılan velosipedi götürüb. Oğurluq anı binada quraşdırılmış müşahidə kamerasına düşüb.

Məlumata əsasən, hadisənin baş verdiyi binanın girişinə nəzarət olunur. Həmçinin blokların qapısında domofon sistemi quraşdırılıb.

24 baxış
Paylaş: