YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər – FOTOLAR

IMG_0442 Gündəm
14:12 Expressxeberler.az

Yeni Azərbaycan Partiyasının VIII qurultayının nümayəndələri Fəxri xiyabanı ziyarət ediblər.

Expressxeberler.az xəbər verir ki, oktyabrın 1-də keçirilən ziyarət zamanı YAP-ın yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad olunub, məzarı önünə əklil və gül dəstələri qoyulub.

Nümayəndələr görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da məzarını ziyarət edərək xatirəsini anıblar.

Qeyd edək ki, YAP-ın VIII qurultayına hazırlıq çərçivəsində sentyabrın 7-dən 19-dək partiyanın 84 yerli təşkilatında hesabat konfransları keçirilib. Konfranslarda VII qurultaydan sonra görülən işlər müzakirə olunub və VIII qurultay üçün 960 nümayəndə seçilib.

YAP-ın VIII qurultayının oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçirilməsi nəzərdə tutulur.

50 baxış
Paylaş: