“Spotify” və “TikTok” Azərbaycanda vergi uçotuna alındı

IMG_0443 Dünya
14:41 Expressxeberler.az

Kürdəmir rayonunda keçirilən toy mərasimində kütləvi zəhərlənmə hadisəsi baş verib.

Expressxeberler.az xəbər verir ki, sentyabrın 30-da Kürdəmir şəhərində yerləşən “Günəş” şadlıq sarayında təşkil olunan məclisdə iştirak edən 92 nəfər qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət edib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Zəhərlənmənin səbəbini müəyyənləşdirmək üçün iaşə obyektində hazırlanmış qidalardan nümunələr götürülüb və müvafiq ekspertizalar təyin edilib.

Bildirilir ki, zəhərlənən şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra onlar ambulator nəzarətə götürülərək evə buraxılıblar.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, şadlıq sarayı icarəyə götürülüb, toy üçün qida məhsulları isə mərasim sahibi tərəfindən hazırlanaraq süfrəyə təqdim edilib. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma davam etdirilir.

AQTA kütləvi məclislər zamanı qidaların hazırlanması və saxlanmasında temperatur rejiminə, şəxsi gigiyena və digər qida təhlükəsizliyi qaydalarına əməl edilməsinin vacibliyini də xatırladıb.

Araşdırmanın nəticələri ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəyi bildirilib.

Expressxeberler.az-ı hər gün oxuyun, ən son xəbərlərdən xəbərdar olun!

43 baxış
Paylaş: