“Sovetski”də 27 yaşlı şəxsin meyiti tapıldı
Gündəm
Bakının “Sovetski” adlanan ərazisində meyit aşkarlanıb.
Expressxeberler.az xəbər verir ki, hadisə sentyabrın 30-da saat 12 radələrində Yasamal rayonu, Mustafa Sübhi küçəsində baş verib.
Məlumata görə, ərazidə 27 yaşlı şəxsin meyiti tapılıb. Araşdırma zamanı ölənin 1999-cu il təvəllüdlü, Hacıqabul rayon sakini Mirzə Rzayev olduğu müəyyənləşdirilib.
İlkin məlumata əsasən, mərhumun üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.
Faktla bağlı araşdırma aparılır.
Expressxeberler.az-ı hər gün oxuyun, ən son xəbərlərdən xəbərdar olun!
61
baxış



