Milyonluq mülkləri ilə gündəmə gələn deputat mandatını itirdi – FOTO
Gündəm
Expressxeberler.az xəbər verir ki, bu gün Çingiz Həsənlinin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.
İclasda əvvəlcə Komissiyanın 11 dekabr 2025-ci il tarixli iclasının protokolu təsdiqlənib.
Daha sonra VII çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qəzənfər İsmayıl oğlu Abdullayevin deputat mandatından məhrum edilməsi ilə bağlı müraciətinə baxılıb.
Müraciət qanunvericiliyə uyğun olaraq araşdırılıb və deputatın mandatından məhrum edilməsi üçün hüquqi əsasların olduğu müəyyənləşib.
Bununla əlaqədar Mərkəzi Seçki Komissiyası Qəzənfər Abdullayevin ərizəsini nəzərə alaraq onun deputat mandatından məhrum edilməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, son günlər Q.Abdullayevin fəaliyyəti və milyonluq mülkləri ilə bağlı mediada müxtəlif məlumatlar yayılıb.
Ən son xəbərləri operativ şəkildə Expressxeberler.az saytından oxuyun.



