“Bütün pulum “Hepatit C”yə getdi…”
Gündəm
Expressxəbərləraz xəbər verir ki, aktrisanın sözlərinə görə, həmin vaxt həkim ona təxminən 10 il ömrünün qaldığını deyib.
“Bu, ölüm hökmü idi” deyə Anderson həmin günləri xatırlayıb. O dövrdə “Hepatit C” üçün effektiv müalicə mövcud olmadığından, aktrisa ilk növbədə azyaşlı uşaqlarının gələcəyi üçün narahat olub.
2011-ci ildə yeni müalicənin ortaya çıxmasından sonra Anderson infeksiyadan xilas olmaq imkanı əldə edib. 2015-ci ildə isə “Hepatit C”dən tamamilə sağaldığını açıqlayıb. Bununla belə, aktrisa yaşadıqlarının emosional təsirinin hələ də davam etdiyini bildirib.
Anderson müalicə üçün bütün yığdığı pulu xərclədiyini də açıqlayıb.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun
48
baxış



