Sumqayıtda şagird məktəbə evdən şirniyyat gətirdi – 14 nəfər zəhərləndi
Gündəm
Sumqayıtda məktəbdə zəhərlənmə: 14 şagird xəstəxanaya yerləşdirildi
Expressxeberler.az xəbər verir ki, bu gün Sumqayıtda orta məktəblərdən birində şagirdlər arasında zəhərlənmə şübhəsi qeydə alınıb.
Məlumata görə, 2 oktyabr 2026-cı il tarixində saat 10:20 radələrində 14 nəfər – 11 oğlan və 3 qız zəhərlənmə şübhəsi ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.
Onlara zəruri tibbi yardım göstərilib. Hazırda müalicələri davam etdirilir və vəziyyətləri stabil qiymətləndirilir.
Araşdırma zamanı məlum olub ki, şagirdlərdən biri evdən qənnadı məmulatı gətirib və sinif yoldaşları da həmin şirniyyatdan istifadə edib. Bundan sonra məktəblilər özlərini pis hiss ediblər.
Hadisə məktəb rəhbərliyi tərəfindən nəzarətə götürülüb. Zəhərlənmənin dəqiq səbəbinin müəyyənləşdirilməsi üçün aidiyyəti qurumlarla birgə araşdırma aparılır.
Qeyd edək ki, ötən gün Gəncədə də 7 şagird şirniyyatdan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilmişdi.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.



