13 Yaşlı azərbaycanlı qızın əkiz övladı oldu
Gündəm
Expressxeberler.az xəbər verir ki, Gürcüstanın Marneuli rayonunda 13 yaşlı azərbaycanlı qız əkiz uşaq dünyaya gətirib.
Məlumata görə, körpələrdən biri doğum evində vəfat edib. Digər körpənin vəziyyətinin isə ağır olduğu bildirilir.
İctimai fəal Samirə Bayramovanın yaydığı məlumata əsasən, 13 yaşlı qız Azərbaycan vətəndaşıdır. Onun ərə verildiyi şəxsin isə Gürcüstan vətəndaşı olduğu qeyd edilir.
Faktla bağlı Gürcüstanın Daxili İşlər Nazirliyi tərəfindən araşdırma başlanılıb. Araşdırmanın 16 yaşına çatmamış şəxslə cinsi əlaqəni nəzərdə tutan maddə üzrə aparıldığı bildirilir.
Hadisənin digər təfərrüatları araşdırma çərçivəsində müəyyənləşdirilir.
Ən son xəbərləri Expressxeberler.az saytından izləyin.
570
baxış



