Dünyanın 8-ci ən böyük mavi almazı ilə podiuma çıxdı

IMG_0661 Dünya
13:38 Expressxeberler.az

Dünyaca məşhur model İrina Şeyk Paris Moda Həftəsi çərçivəsində podiuma çıxıb.

Expressxəbərləraz xəbər verir ki, 40 yaşlı rusiyalı supermodel gecədə qara pencək və transparan ətək geyinib.

Şeykin obrazını məşhur brendin qiymətli daşlarla bəzədilmiş boyunbağısı və digər brilyant zinət əşyaları tamamlayıb.

Modelin taxdığı boyunbağının mərkəzində isə Botsvanadakı Orapa mədənində aşkarlanan 40,11 əyarlı xam “Okavango Blue” almazından əldə edilmiş 20,46 əyarlıq mavi almaz yer alıb. VVS1 təmizlik dərəcəsinə malik olan bu daş Botsvanada indiyədək aşkarlanan ən böyük, dünyada isə ölçüsünə görə 8-ci ən böyük mavi almaz hesab olunur.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

42 baxış
Paylaş: