Prezidentdən Misir Mərdanovla bağlı – Sərəncam
Cəmiyyət
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmi-pedaqoji sahədə böyük xidmətlərinə görə Misir Cumail oğlu Mərdanov “Şərəf” ordeni ilə təltif edilib.
Expressxəbərləraz xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, sabah keçmiş təhsil naziri M.Mərdanovun 80 yaşı tamam olur. O, hazırda Bakı Dövlət Universitetinin Mexanika Riyaziyyat fakültəsinin “Ali riyaziyyat və riyaziyyatın tədrisi” kafedrasının müdiri vəzifəsini icra edir.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun
77
baxış



