NATO-ya məxsus kəşfiyyat PUA-sı Qara dəniz üzərində uçuş həyata keçirir
Dünya
NATO-ya məxsus Northrop Grumman RQ-4D Phoenix kəşfiyyat pilotsuz uçuş aparatı Qara dəniz üzərində uçuş həyata keçirir.
Expressxəbərlər.az xəbər verir ki, bu barədə RİA Novosti uçuş məlumatlarına istinadən məlumat yayıb.
Məlumata görə, MAGMA10 çağırış siqnallı pilotsuz uçuş aparatı Moskva vaxtı ilə saat 01:59-da Siciliyada yerləşən aviabazanın yaxınlığından havaya qalxıb və Qara dəniz istiqamətində hərəkət edib.
Moskva vaxtı ilə saat 08:40-a olan məlumata əsasən, PUA hələ də Qara dəniz üzərində dövrə vuraraq uçuşunu davam etdirib.
Bundan əvvəl ABŞ-a məxsus kəşfiyyat təyyarəsinin Krım yarımadasının cənubundakı Qara dəniz sularında altı saatdan çox patrul uçuşu həyata keçirdiyi bildirilmişdi.
4
baxış



