“Zelenski: ‘Putinin bəyanatları beynəlxalq aləmin qətiyyətsizliyinin nəticəsidir'”
Dünya
Express.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Helsinki Təhlükəsizlik Forumunda diqqətçəkən bəyanatlar verib.
Zelenski Kreml rəhbərinin bu kimi bəyanatlarının qarşısının alınmamasını “dünyanın zəifliyi” ilə əlaqələndirib:
“Niyə zəiflik? Hələ 2005-ci ildə Kreml rəhbəri demişdi ki, XX əsrin ən böyük faciəsi Sovet İttifaqının dağılmasıdır”.
Ukrayna lideri əlavə edib ki, Putin I və II Dünya müharibələrini, həmçinin Çernobıl qəzasını ən böyük faciələr siyahısına daxil etməyib:
“Yəni insanla bağlı heç nə yox idi. Ona görə də onun məqsədi bəllidir – Sovet İttifaqını geri qaytarmaq və yalnız Donbası və ya Ukraynanın şərqini deyil, bütün dövlətimizi işğal etməkdir”, – deyə prezident vurğulayıb.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun



