6 il əvvəl bu gün: Madagiz işğaldan azad edildi!

IMG_8761 Gündəm
12:56 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, 3 oktyabr 2020-ci ildə Vətən müharibəsinin mühüm dönüş nöqtələrindən biri yaşandı.

Azərbaycan Ordusu Madagiz (indiki Suqovuşan) qəsəbəsini işğaldan azad etdi. Həmin gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu tarixi xəbəri açıqladı:

“Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!”

Suqovuşanın azad edilməsi Vətən müharibəsində mühüm hərbi-strateji əhəmiyyət daşıyan hadisələrdən biri kimi tarixə düşdü.

Tarixi Zəfərimizi qürurla xatırlayır, şəhidlərimizi dərin hörmət və ehtiramla anırıq.

Həmin tarixi görüntüləri təqdim edirik.

Expressxeberler.az

259 baxış
Paylaş: