Bakıda satışa çıxarılan “Bentley”in qiyməti – Rekord qiymət-Fotolar
Dünya
Express.az xəbər verir ki, Bakıda satışa təqdim olunan 2025-ci il buraxılışlı tam yeni “Bentley Continental GT Speed” modeli üçün nə az, nə çox 455 000 avro, yəni təxminən 870 369 manat satış qiyməti müəyyənləşdirilib.
Paytaxtın mərkəzində lüks mənzil qiymətinə təklif edilən bu avtomobil boz (“Gravity Grey”) rəngdədir və hibrid mühərriklə (4.0 L / 25.9 kWh) təchiz olunub. 782 at gücünə malik avtomobil tam opsiyalı komplektasiyada və “Akrapovic Titanium Exhaust” səs sistemi ilə təqdim edilir.
Astronomik qiyməti ilə diqqət çəkən bu elan sosial şəbəkələrdə və avtomobil həvəskarları arasında geniş müzakirələrə səbəb olub.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

296
baxış



