İranda məhkəmə binası qarşısında atışma: ölən var
Gündəm
Expressxeberler.az xəbər verir ki, bu gün səhər saatlarında İranın Qərbi Azərbaycan vilayətinin Mahabad şəhərində məhkəmə binasının qarşısında atışma olub. Bu barədə İran mediası məlumat yayıb.
Bildirilib ki, silahlı atışma nəticəsində 1 nəfər güllə yarasından həyatını itirib, 4 nəfər isə yaralanıb.
İlkin araşdırmalara görə, hadisə şəxsi münaqişə və qisas motivi ilə baş verib.
Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb, araşdırma aparılır.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun
262
baxış



