Ağdaşda yanğın həyəcanı: Ana və iki oğlu xəsarət aldı
Gündəm
Express xəbərlər xəbər verir ki, hadisə Ağdaş rayonunun Güvəkənd kəndində, 1970-ci il təvəllüdlü Baxışov Zülfüqar Zilhar oğluna məxsus fərdi yaşayış evində baş verib
Hadisə yerinə dərhal Ağdaş rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 169 kv.m olan 5 otaqlı fərdi yaşayış evinin 127 kv.m sahəsi yanıb
Hadisə nəticəsində ev sahibinin gəlini, 1999-cu il təvəllüdlü Baxışova Şərifəxanım Maksud qızı və onun iki azyaşlı övladı — 2022-ci il təvəllüdlü Baxışov Murad Şahmurad oğlu ilə 2024-cü il təvəllüdlü Baxışov Zülfüqar Şahmurad oğlu üz və bədən nahiyələrindən yanıq xəsarətləri alıblar
Hazırda yanğının başvermə səbəbləri araşdırılır
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun



