Diş həkiminə görə arvadını bıçaqladı – Bakıda şok hadisə

IMG_8851 Kriminal
22:41 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, Bakıda kişi arvadını ayağından bıçaqlayıb.

Hadisə Xətai rayonu, Lütfizadə küçəsində baş verib.

32 yaşlı Tahir Quliyev (şərti ad) həyat yoldaşı ilə mübahisə zamanı bıçaqla qadının sağ ayaq pəncəsinə xəsarət yetirib. Hadisədən sonra polis əməkdaşları tərəfindən saxlanılan şəxsin barəsində cinayət işi başlanıb.

Məlumata görə, mübahisəyə səbəb diş həkimi ilə bağlı məsələ olub. Qadın hər ikisinin dişlərini 800 manata düzəldəcək həkim tapdığını bildirib. Kişi isə 600 manata həkim olduğunu deyərək buna etiraz edib.

Mübahisə zamanı tərəflər arasında gərginlik yaranıb. Tahir əvvəlcə həyat yoldaşına sillə vurub, daha sonra mətbəxdən bıçaq götürərək qadının ayağına xəsarət yetirib. Onun sözlərinə görə, qadına ilk tibbi yardımı da özü göstərib.

Zərərçəkən qadın isə 9 ildir qeyri-rəsmi nikahda yaşadıqlarını və iki övladlarının olduğunu bildirib. O, həyat yoldaşının uzun müddət ərzində ona psixoloji və fiziki təzyiq göstərdiyini iddia edib.

Qadının sözlərinə görə, ailənin əsas gəlir mənbəyi özü olub, həyat yoldaşı isə qazandığı pulları qumara xərcləyib. O, həmçinin kişinin Yeni il gecəsi evdən pul götürdüyünü və bununla bağlı polisə müraciət edərək onun mənzildən uzaqlaşdırılmasını təmin etdiyini bildirib.

Sonradan qadın həyat yoldaşı ilə barışdığını və dəymiş ziyanın ödənildiyini bildirərək cinayət işinə xitam verilməsini istəyib.

Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və Tahir Quliyev məsuliyyətdən azad olunub.

Ətraflı xəbərlər üçün hər gün Expressxeberler.az saytını izləyin.

818 baxış
Paylaş: