Yəmən ordusu husilərə zərbə endirib, 700 nəfər öldürülüb

IMG_0757 Dünya
14:30 Expressxeberler.az

Yəmən ordusu husilərin mövqələrinə və hərəkət marşrutlarına 257 dəqiq zərbə endirdiyini açıqlayıb.
Expressxeberler.az xəbər verir ki, ordunun məlumatına görə, əməliyyatlar zamanı azı 700 husi öldürülüb. Zərbələr Səna, Midi, Baqim, həmçinin Əl-Cəvf, Marib, Əl-Beyda və Lahicdəki mövqələri əhatə edib. Ən şiddətli döyüşlər Taiz ətrafında gedib.
Ordu əməliyyatlarda döyüş təyyarələri, pilotsuz uçuş aparatları, artilleriya, raketlər və reaktiv yaylım atəşi sistemlərindən istifadə edib. Yəmən ordusunun sözçüsü Məcid Abdullah ən-Nəzili 170 döyüş maşını və digər ağır texnikanın məhv edildiyini bildirib.
Taiz ətrafında döyüşlər davam edir. Qarşıdurmalar səbəbindən çox sayıda sakin ərazini tərk edib. Atəş nəticəsində mülki şəxslər arasında da ölənlərin olduğu bildirilib.
<u>Yəmən ordusu husilərin mövqələrinə və hərəkət marşrutlarına 257 dəqiq zərbə endirdiyini açıqlayıb. Expressxeberler.az xəbər verir ki, ordunun məlumatına görə, əməliyyatlar zamanı azı 700 husi öldürülüb. Zərbələr Səna, Midi, Baqim, həmçinin Əl-Cəvf, Marib, Əl-Beyda və Lahicdəki mövqələri əhatə edib. Ən şiddətli döyüşlər Taiz ətrafında gedib. Ordu əməliyyatlarda döyüş təyyarələri, pilotsuz uçuş aparatları, artilleriya, raketlər və reaktiv yaylım atəşi sistemlərindən istifadə edib. Yəmən ordusunun sözçüsü Məcid Abdullah ən-Nəzili 170 döyüş maşını və digər ağır texnikanın məhv edildiyini bildirib. Taiz ətrafında döyüşlər davam edir. Qarşıdurmalar səbəbindən çox sayıda sakin ərazini tərk edib. Atəş nəticəsində mülki şəxslər arasında da ölənlərin olduğu bildirilib.</u>
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

306 baxış
Paylaş: