“Fast food” yeyən yeniyetmələr zəhərləndi
Gündəm
Gəncədə 2 yeniyetmə qidadan zəhərlənib.
Expressxəbərlər az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
16 yaşlı T.Hidayətli və 15 yaşlı M. Salmanlı qida zəhərlənməsi diaqnozu ilə Gəncə şəhər Yolxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib.
Onlara tibbi yardım göstərilib, müalicələri davam edir.
İlkin ehtimala görə, yeniyetmələr pizza və ya dönər yeyiblər.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun
279
baxış



