Ramiz Mehdiyevin bütün əmlakları müsadirə olundu

IMG_1333 Siyasət
21:09 Expressxeberler.az

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin məhkəmə araşdırması başa çatıb.

Expressxeberler.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2026-cı il tarixli hökmünə əsasən, Ramiz Ənvər oğlu Mehdiyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.2, 274, 278.1 və 311.3.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinib.

Məhkəmənin hökmü ilə ona 14 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Lakin Mehdiyevin yaşı və mövcud xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti nəzərə alınaraq, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, cəzanın şərti tətbiq edilməsinə qərar verilib.

Həmçinin Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün müvafiq təqdimat göndərilməsi qərara alınıb.

Bundan başqa, məhkəmə hökmünə əsasən, Mehdiyevə məxsus əmlaklar barəsində dövlət nəfinə keçirilməklə xüsusi müsadirə tətbiq edilib.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

21 baxış
Paylaş: