Şakira konsertinə Dua Lipa gələrsə

IMG_0775 Gündəm
19:43 Expressxeberler.az

Dünyaca məşhur müğənni Dua Lipa Madriddə konsert verən Şakiraya səhnədə sürpriz edib.

Expressxəbərlər az xəbər verir ki, Dua Lipa Şakiranın Madrid konsertlərinin səkkizinci gecəsində ilk dəfə onunla eyni səhnəyə çıxıb. Maraqlısı isə odur ki, iki sənətçi həmin gün ilk dəfə görüşüblər.

Onlar birlikdə Şakiranın məşhur ispan dilli mahnılarından biri olan “Antología”nı ifa ediblər.

Dua Lipanın mahnını ispan dilində Şakira ilə birlikdə səsləndirməsi konsertə gələn tamaşaçıların böyük coşqusuna səbəb olub. Gözlənilməz duet gecənin ən yadda qalan anlarından birinə çevrilib.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

297 baxış
Paylaş: