Bakının məşhur restoranında qalmaqal–”Yemək köhnə və kəskin iy verir…”-FOTO

IMG_9021 Cəmiyyət
11:11 Expressxeberler.az

Bakının məşhur restoranında müştəri şikayəti: köhnə və kəskin iyli yemək təqdim olunub

Expressxeberler.az xəbər verir ki, Bakının Əhmədli qəsəbəsində yerləşən “Boranı Restoran”ın filialında müştərilərə köhnə və kəskin iyli qida təqdim edildiyi iddia olunur.

Bu barədə narazı müştəri sosial şəbəkələrdə paylaşım edib. Onun sözlərinə görə, sifariş etdiyi yemək 25-30 dəqiqə sonra masaya gətirilib və qidadan kəskin, xarab olmuş iy gəldiyi hiss olunub.

Şikayətçi məsələ ilə bağlı restoran rəhbərliyinə müraciət etdiyini, lakin problemin həll olunmadığını və əksinə, kobud münasibətlə qarşılaşdığını bildirib.

Onun iddiasına görə, rəhbərlik “bunu 500 nəfər alır, heç kim şikayət etmir” deyərək yeməyin dəyişdirilməsinin və ya geri qaytarılmasının mümkün olmadığını bildirib. Müştəri əlavə gətirilən ətin də köhnə olduğunu iddia edib.

Şikayətçi həmçinin restoran rəhbərliyi və əməkdaşlar tərəfindən baş verənlərlə bağlı üzr istənilmədiyini qeyd edib.

Müştəri məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) rəsmi müraciət edəcəyini açıqlayıb.

Qeyd edək ki, səsləndirilən iddialarla bağlı restoranın mövqeyi məlum deyil.

918 baxış
Paylaş: