Alim Qasımov “od püskürdü”: Pünhan Piriyevə şok cavab

IMG_9188 Cəmiyyət
19:48 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, bir neçə gün əvvəl Hacıqabul rayonunda özünə toy edən müğənni Pünhan Piriyev məclisinə dəvət etdiyi bəzi həmkarlarından gileylənib.

İfaçı müğənnilərdən birinin toyda iştirak etmək üçün 15 min manat qonorar istədiyini bildirib və söhbətin Xalq artisti Alim Qasımovdan getdiyini açıqlayıb.

Pünhan Piriyev Alim Qasımovun bu istəyindən narazı qaldığını, Xalq artistinə hər zaman hörmətlə yanaşdığını və onun xeyir işlərində iştirak etdiyini deyib.

Müğənni həmçinin Əməkdar artist Yusif Mustafayevin də məclisdə iştirak etmədiyini qeyd edib.

Bununla bağlı “Cebheinfo.az”a açıqlamasında Xalq artisti Alim Qasımov Pünhan Piriyevin onun toyunda iştirak etməməsi və 15 min manat qonorar istəməsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Alim Qasımov məsələnin bu qədər diqqət çəkməsini anlamadığını deyib. Xalq artisti bildirib ki, uzun illər ərzində göstərdiyi sənətə və yaradıcılığına jurnalistlərin kifayət qədər maraq göstərməməsi diqqət çəkir. Onun sözlərinə görə, indi isə bir nəfərin söylədiyi fikirlərdən sonra media nümayəndələri ard-arda ondan açıqlama almağa çalışırlar.

“O boyda sənət göstəririk, heç bir jurnalist maraqlanmır. İndi kimsə nəsə deyib, hamı zəng edib sual verir”, – deyə Alim Qasımov bildirib.

2. 265 baxış
Paylaş: