Yeni tikdirdikləri evi su basdı
Gündəm
Bloger cütlük Ülvi və Fatimə Əhmədovanın yeni tikdirdiyi evi su basıb.
Expressxeberlər xəbər verir ki, yağan yağış zamanı keyfiyyətsiz pəncərələrdən evə su dolub. Fatimə bununla bağlı sosial şəbəkədə paylaşım edib. O, evdəki yeni təmirin yararsız hala düşdüyünü bildirib.
Bloger qeyd edib ki, bir müddət əvvəl izləyicilərinin pəncərələri haradan sifariş etdikləri ilə bağlı suallarına cavab verib. Lakin məhsulu tövsiyə etmədiyini deyib.
Fatimə məsələ həll olunmasa, şirkətin adını açıqlayacağını da bildirib.
Bloger daha sonra evin son vəziyyəti barədə məlumat verib. O, pəncərələrin sökülməsinə başlanıldığını, divarların isə yenidən təmir olunacağını bildirib.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun



