Məhşur aparıcı xəstəxanaya yerləşdirilib

IMG_0810 Gündəm
13:09 Expressxeberler.az

Expressxeberlər xəbər verir ki, aparıcı ötən gün evində yıxılıb. Hadisə ilə bağlı təcili tibbi yardım çağırılıb. Yıxılma nəticəsində O.Sənaninin ayağı zədələnib.

TƏBİB-dən verilən məlumata görə, 5 oktyabr 2026-cı il tarixində saat 18:15 radələrində Ofeliya Sənani Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Pasiyentə bud sümüyünün sınığı diaqnozu qoyulub və ona zəruri tibbi xidmətlər göstərilib.

Sözügedən şəxs ailə üzvlərinin yazılı iltizamı əsasında həmin gün saat 21:00 radələrində digər tibb müəssisəsinə təxliyə olunub.

Qeyd edək ki, Ofeliya Sənani daha əvvəl infarkt keçirdiyini açıqlamışdı. Ona həmçinin ağciyər ödemi diaqnozu qoyulmuşdu.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

77 baxış
Paylaş: