Bakıda konsertə hazırlaşan reperə həbs cəzası

IMG_0813 Gündəm
13:15 Expressxeberler.az

Türkiyəli reper Blok3 ləqəbi ilə tanınan Hakan Aydının spirtli və sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi üçün aldığı cəza bəlli olub.

Expressxeberlər xəbər verir ki, sənətçi İstanbulun Ataşehir rayonunda keçirilən yol yoxlaması zamanı saxlanılıb. Aparılan yoxlama zamanı onun 1,14 promil spirtli olduğu və sürücülük vəsiqəsinin olmadığı müəyyənləşib.

Blok3-ə vəsiqəsiz avtomobil idarə etdiyi üçün 23 min 437 türk lirəsi məbləğində inzibati cərimə tətbiq edilib. Onun idarə etdiyi avtomobil isə yol hərəkətindən kənarlaşdırılıb. Bundan əlavə, reper barəsində “Yol hərəkəti təhlükəsizliyini təhlükəyə atmaq” maddəsi ilə araşdırma başladılıb.

Spirtin miqdarının yüksək olması nəzərə alınaraq əvvəlcə Blok3-ə 8 ay müddətinə həbs cəzası təyin edilib.

Daha sonra xüsusi məhkəmə proseduruna əsasən cəzaya yarı nisbətində güzəşt tətbiq olunaraq həbs müddəti 4 aya endirilib. Reperin məhkumluğunun olmaması və maddi vəziyyəti nəzərə alınaraq 4 aylıq həbs cəzası 12 min türk lirəsi məbləğində məhkəmə cəriməsi ilə əvəzlənib. 

Qeyd edək ki, reperin noyabrın 7-də Bakıda konserti gözlənilir.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

71 baxış
Paylaş: