Sedat Pekeri söyən tiktoker GÜLLƏLƏNDİ

IMG_0814 Gündəm
13:18 Expressxeberler.az

Sedat Pekeri canlı yayımda təhqir edən şəxs güllələndi – Pekerin hərəkəti diqqət çəkdi

Expressxeberler.az xəbər verir ki, TikTok-da keçirdiyi canlı yayımlarda Sedat Peker və ailəsini təhqir edən M.A.S. Türkiyənin Muğla vilayətinin Dalaman rayonunda silahlı hücuma məruz qalıb.

Hadisə oktyabrın 5-i axşam saatlarında baş verib. Naməlum şəxs və ya şəxslər M.A.S.-a silahla atəş açıb. Yaralanan şəxs xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ilə bağlı hələlik ətraflı məlumat verilməyib.

M.A.S. daha əvvəl TikTok canlı yayımlarında Sedat Peker və ailəsi barədə təhqiramiz ifadələr işlətməsi ilə gündəmə gəlmişdi. Lakin silahlı hücumun məhz bu yayımlarla əlaqəli olub-olmadığı rəsmi olaraq təsdiqlənməyib.

Hadisədən sonra Sedat Pekerin sosial şəbəkədəki fəaliyyəti də diqqət çəkib. O, M.A.S.-ın Dalaman rayonunda silahlı hücuma məruz qalması ilə bağlı yayılan xəbərlərdən birini “X” hesabında retweet edib.

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır. Hücumun səbəbi və sosial şəbəkə paylaşımları ilə əlaqəsinin olub-olmadığı araşdırmanın nəticələrindən sonra məlum olacaq.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

882 baxış
Paylaş: