14 yaşlı qızın videolarını yayan şəxs həbs edildi

IMG_0815 Gündəm
13:20 Expressxeberler.az

14 yaşlı qızın görüntülərini yaxınlarına göndərən şəxsə hökm oxundu – 5 il həbs

Bakıda yetkinlik yaşına çatmayan qızın görüntülərini sosial şəbəkələrdə və yaxınları arasında yaydığı bildirilən şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Expressxeberlər xəbər verir ki, Maştağa qəsəbə sakini, 2000-ci il təvəllüdlü Malik Məmmədov (ad və soyad şərtidir) barəsində Cinayət Məcəlləsinin 171-1-ci maddəsi ilə cinayət işi açılıb.

Araşdırmalar zamanı müəyyən edilib ki, Malik sosial şəbəkədə tanış olduğu 14 yaşlı qızın intim xarakterli görüntülərini əldə edərək özündə saxlayıb. O, həmçinin qızın qohumlarının telefon nömrələrini də əldə edib.

Münasibətləri pozulduqdan və qız onu sosial şəbəkədə blokladıqdan sonra Malik görüntüləri onun anasına və digər qohumlarına göndərib.

Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmü ilə Malik Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib. Oktyabrın 1-də keçirilən son məhkəmə iclasında onun həbsinə qərar verilib.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

104 baxış
Paylaş: