Vüsalənin yerinə o aparıcılıq edəcək – “Məndə olan enerji onda heç vaxt ola bilməz”
Gündəm
Vüsalə Əlizadənin təqdimatında yayımlanan “İncə səhər” verilişi yeni mövsümdə tamaşaçıların qarşısına çıxıb.
Expressxeberlər xəbər verir ki, verilişin yeni buraxılışında efirdə Vüsalə Əlizadəyə bənzədilən virtual aparıcı təqdim olunub. Özünə bənzər görüntünü görən aparıcı ona zarafatla irad bildirib.
“Mənim yerimə bunu tapmısınız? Özünü də mənə oxşadır. Məndə olan enerji onda heç vaxt ola bilməz. Çünki mən Allahın yaradılışıyam, o isə elektrik cərəyanına bağlı sadəcə bir qurğudur”, – deyə Vüsalə Əlizadə bildirib.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun
107
baxış



