Öd kisəsi iltihabından müalicə alan İbrahimin SON VƏZİYYƏTİ
Gündəm
Uzun müddətdir səhhəti ilə bağlı müalicə alan məşhur müğənni İbrahim Tatlısesin son vəziyyəti açıqlanıb.
Expressxeberlər xəbər verir ki, bu barədə sənətçinin keçmiş həyat yoldaşı Ayşegül Yıldız danışıb.
O bildirib ki, Tatlısesin səhhəti yaxşılığa doğru gedir və o, fizioterapiya prosesini davam etdirir.
“İbrahim Tatlıses tanıdığım ən mübariz insanlardan biridir. Çox güclü xarakterə sahibdir. Fizioterapiyalarına da çox əzmli şəkildə davam edir. Sağlamlığı yaxşıdır, inşallah daha da yaxşı olacaq”, – deyə Ayşegül Yıldız bildirib.
Qeyd edək ki, İbrahim Tatlıses aprel ayında keçirdiyi ağır infeksiya səbəbilə xəstəxanaya yerləşdirilib və öd kisəsi iltihabı diaqnozu ilə əməliyyat olunub. Əməliyyatdan sonra fiziki terapiya prosesinə başlayıb.
İbrahim Tatlıses və Ayşegül Yıldız 2011-ci ildə ailə qurub, 2013-cü ildə isə boşanıblar. Cütlüyün Elif Ada adlı bir qızı var.
Boşandıqdan bir müddət sonra Tatlıses Ayşegül Yıldıza yenidən evlilik təklifi edib. Lakin Yıldız onunla yenidən ailə qurmaqdan imtina edərək dost qalmağı üstün tutub.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun



