Sahiblərinin illərlə satmadığı avtomobillər açıqlandı

IMG_0819 Dünya
13:30 Expressxeberler.az

ABŞ-da avtomobil sahiblərinin ən uzun müddət istifadə etdiyi modellər müəyyənləşib. Siyahıda Toyota markasının modelləri üstünlük təşkil edib.

Expressxeberlər xəbər verir ki, iSeeCars-ın məlumatlarına əsasən, ABŞ-da avtomobil sahibi nəqliyyat vasitəsindən orta hesabla 8,4 il istifadə etdikdən sonra onu satır. Lakin bəzi modellər var ki, sahibləri həmin avtomobillərdən 15 il və daha çox müddət ərzində istifadə edirlər.

CarBuzz-un məlumatına görə, Toyota bu baxımdan ən etibarlı avtomobil istehsalçılarından biri hesab olunur. Şirkətin Camry, Corolla və RAV4 kimi modelləri ABŞ-da geniş yayılsa da, uzunmüddətli istifadə reytinqində ilk üçlükdə yer almayıb.

Sahiblərinin avtomobillərdən 15 il və daha çox istifadə etdiyi modellərin reytinqi belədir:

1.Toyota Prius – 13,7 faiz

2.Toyota Highlander – 12,4 faiz

3.Toyota Tacoma – 11,6 faiz

4.Toyota Sienna – 11,5 faiz

5.Toyota Tundra – 11,3 faiz

6.Honda CR-V – 10,7 faiz

7.Honda Pilot – 10,4 faiz

8.Subaru Forester – 9,8 faiz

9.Toyota 4Runner – 9,4 faiz

10.Toyota Sequoia – 9,1 faiz

Beləliklə, reytinqin ilk beş pilləsinin hamısında Toyota modelləri yer alıb.

Araşdırmada həmçinin məlum olub ki, yeni Toyota Prius alanların təxminən üçdə biri avtomobildən 10 ildən artıq müddət ərzində istifadə edir. Bu göstərici Prius modelinin uzunmüddətli istifadə baxımından seçildiyini və alıcılar arasında etibarlı avtomobil kimi tanındığını göstərir.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

113 baxış
Paylaş: