Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb
Gündəm
Oktyabrın 5-də Azərbaycanda polis əməkdaşları tərəfindən 47-si həmin gün, 19-u isə əvvəlki dövrlərdən bağlı qalan olmaqla ümumilikdə 66 cinayətin açılması təmin edilib.
Expressxeberlər xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 55 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 40 nəfər borclu şəxs qismində axtarışda olub.
Həmçinin narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə bağlı isə 3 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun
216
baxış



