Xaçmazda qəza: Maşın məktəbli qardaşları vurdu
Gündəm
Expressxeberler.az xəbər verir ki, hadisə bu gün Xaçmaz şəhəri ərazisində baş verib.
“Opel” markalı minik avtomobili küçədə velosiped sürən 14 və 16 yaşlı iki yeniyetməni vurub. Hadisə nəticəsində xəsarət alan məktəblilər xəstəxanaya yerləşdiriliblər.
Məlumata görə, xəsarət alan yeniyetmələr qardaşdırlar və orta məktəbin 8-ci və 10-cu siniflərində oxuyurlar. Qəza nəticəsində yeniyetmələrdən birinin ayağı, digərinin isə ayağı və qolu sınıb.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun
254
baxış



