Bu iki ayda doğulanların DİQQƏTİNƏ – çətinliklər geridə qalır

IMG_9387 Cəmiyyət
21:23 Expressxeberler.az

Sentyabrın son günləri bu aylarda doğulanlar üçün dönüş nöqtəsi olacaq – ÇƏTİN DÖVR GERİDƏ QALIR

Expressxeberler.az xəbər verir ki, astroloji proqnozda aprel və oktyabr aylarında doğulanlar üçün 2026-cı ilin sentyabrının son günləri uzun müddət davam edən çətinliklərdən çıxış dövrü kimi təqdim olunub.

Proqnoza əsasən, bu aylarda doğulanlar qarşılaşdıqları problemləri geridə qoyaraq emosional gərginlikdən uzaqlaşa və özlərini daha rahat hiss edə bilərlər.

Apreldə doğulanlar

Apreldə doğulanlar üçün sentyabrın son günləri uzun müddətdir daşıdıqları emosional yükdən azad olmaq və özlərinə yeni istiqamət müəyyənləşdirmək dövrü kimi xarakterizə edilib.

Sentyabrın 26-da Qoç bürcündə baş verən dolunayın müstəqillik, özünəinam və şəxsi maraqlar uğrunda addım atmaq istəyini gücləndirəcəyi bildirilib.

Uzun müddət başqalarının dəyişməsini gözləyən və problemlərinin kənardan həll olunacağına ümid edən insanların vəziyyətə fərqli yanaşmağa başlayacağı qeyd olunub.

Bütün suallara dərhal cavab tapılmasa da, çıxılmazlıq hissinin azalacağı, insanın onu geridə saxlayan səbəbləri daha aydın görə biləcəyi vurğulanıb.

Oktyabrda doğulanlar

Oktyabrda doğulanlar üçün isə sentyabrın son günlərinin daha sakit və rahat keçəcəyi proqnozlaşdırılıb.

Sentyabrın 23-dən etibarən münasibətlər, ünsiyyət və qarşılıqlı dəstəyin ön plana çıxacağı bildirilib. Uzun müddət hər şeyi təkbaşına həll etməyə çalışan insanların yaxınlarından və dostlarından dəstək almağın vacibliyini anlayacağı qeyd olunub.

Şəxsi münasibətlərdə və iş həyatında uzun müddət qeyri-müəyyən qalan məsələlərə aydınlıq gəlməsi də mümkün hesab edilib.

Qeyd edək ki, sözügedən proqnoz sentyabrın son günlərinə aiddir. Astrologiya və numerologiyanın elmi əsası yoxdur və bu cür proqnozlar əyləncə xarakteri daşıyır.

Expressxeberler.az – ən son xəbərləri operativ şəkildə təqdim edir.

223 baxış
Paylaş: