Xəzərin səviyyəsi aşağı düşdü, meyvə bağları yarandı
Dünya
Expressxeberler.az xəbər verir ki, bir neçə il əvvəl dənizin suları altında olan bəzi sahələr hazırda yaşıllıq zolaqlarına, hətta meyvə bağlarına çevrilib. Lənkəranın Kənarməşə kəndi ərazisində bu dəyişiklik xüsusilə diqqət çəkir. Burada müxtəlif bitki və ağac növləri yayılıb, meyvə ağaclarının da yenidən bərpa olunduğu bildirilir.
Mütəxəssislərin sözlərinə görə, dənizin geri çəkilməsi nəticəsində yaranan yeni quru sahələrdə bitki örtüyünün formalaşması təbii ekoloji prosesdir. Torpağın xüsusiyyətləri, rütubət, iqlim şəraiti və toxumların yayılması yeni bitki örtüyünün yaranmasına şərait yarada bilər.
Bununla belə, bu ərazilərdə formalaşan yeni ekosistemin gələcək taleyi Xəzər dənizinin səviyyəsindən asılıdır. Suyun səviyyəsinin yenidən yüksəlməsi halında hazırda quru olan sahələrin bir hissəsinin təkrar su altında qalması mümkündür.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun



