Messi son matçında ağladı – Foto
Dünya
Expressxeberler.az xəbər verir ki, Lionel Messi Argentina millisinin Beninlə qarşılaşmasından sonra duyğusal anlar yaşayıb.
Argentina millisi Benini 3:0 hesabı ilə məğlub edib. Komandanın kapitanı Messi matçda bir qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb.
Futbolçunun hissləri qarşılaşmadan əvvəl də diqqət çəkib. Stadion yolunda paparassilər Messini əlində dəsmalla görüntüləyiblər.
Matçdan sonra çıxış edən Messi əvvəlcə avqust ayında vəfat edən atasını xatırlayıb. Daha sonra azarkeşlərə və milli komandada çıxış etdiyi müddətdə ona dəstək olan hər kəsə təşəkkür edib.
Expressxeberler.az

236
baxış



