“Süni intellektin ruhu olmadığından ibadətdə insanın yerini tuta bilməz” – Şeyx
Dünya
Expressxeberler.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə süni intellektin ibadət prosesində insanı əvəz edə bilməyəcəyini bildirib.
O, Dünya və Ənənəvi Din Liderləri Qurultayı Katibliyinin XXIV iclasında çıxışı zamanı deyib ki, süni intellektin insan həyatına geniş şəkildə daxil olması yeni imkanlarla yanaşı, bir sıra problemlər də yaradır.
Şeyxülislamın sözlərinə görə, bu sahədə əsas məsələlərdən biri mənəvi və etik hədlərin qorunmasıdır. O qeyd edib ki, süni intellektin ruhu olmadığı üçün ibadət prosesində insanı əvəz etməməlidir.
A.Paşazadə dini sahədə süni intellektdən istifadəyə dair etik kodeksin təqdim edilməsini də yüksək qiymətləndirib.
QMİ sədri çıxışında iqlim dəyişikliyi ilə mübarizədə dinlərin roluna da toxunub və COP29 çərçivəsində Bakıda keçirilən dini liderlərin zirvə görüşünün yekun sənədində bu məsələyə münasibət bildirildiyini vurğulayıb.
Expressxeberler.az



