Zelenskidən acı xəbər: “Prilukiyə zərbədə…”
Dünya
Expressxeberler.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Çerniqov vilayətinin Priluki şəhərində yaşayış binasına endirdiyi raket zərbəsi nəticəsində 18 nəfərin öldüyünü açıqlayıb. Ölənlər arasında 4 uşağın olduğu bildirilir.
Zelenskinin sözlərinə görə, həlak olan uşaqlardan üçü cəmi 1 yaşında, digəri isə 8 yaşında olub. Hücum nəticəsində 55 nəfər yaralanıb, onların arasında 7 uşaq da var.
Hazırda xilasedicilər dağıntılar altında axtarış-xilasetmə işlərini davam etdirirlər. Zelenski hücumu qəsdən törədilmiş terror aktı kimi qiymətləndirib.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun
397
baxış



