Qadını şantaj edən şəxs ondan cəmi 1 Manat ala bilib-3 İl həbs olundu

IMG_9612 Gündəm
11:42 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, Bakıda sosial şəbəkədə tanımadığı qadını şantaj edən şəxs həbs olunub.

Məlumata görə, həmin şəxs qadından hədə-qorxu yolu ilə 200 manat tələb edib. Qadın isə onun əsl kimliyini müəyyənləşdirmək üçün göndərdiyi bank kartına cəmi 1 manat ödəniş edib.

Daha sonra şantajçının saxta profildən istifadə etdiyini müəyyən edən qadın onun əsl adını öyrənərək polisə müraciət edib.

Məhkəmənin qərarı ilə qadını şantaj edən və nəticədə cəmi 1 manat əldə edən şəxs 3 il müddətinə azadlıqdan məhrum edilib.

263 baxış
Paylaş: