İctimai Birliyin sədri ikinci dəfə həbs edildi
Cəmiyyət
“Azərbaycan Vətənpərvərlər” İctimai Birliyinin sədri həbs edildi
Expressxeberler.az xəbər verir ki, “Azərbaycan Vətənpərvərlər” İctimai Birliyinin sədri Elvin Mahmudzadə və birliyin məsul əməkdaşı Səbuhi Məmmədov həbs ediliblər.
Onlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham olunurlar.
Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Onların həbsi ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.
Qeyd edək ki, Elvin Mahmudzadə 2023-cü ildə də həbs edilib.
172
baxış



