Sabah hava necə olacaq? Yağış, leysan və dolu gözlənilir

IMG_9938 Cəmiyyət
13:46 Expressxeberler.az

Bakıda və Abşeron yarımadasında oktyabrın 10-da arabir yağış yağacağı proqnozlaşdırılır.

Expressxeberler.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, gecə saatlarında yarımadanın bəzi ərazilərində yağışın intensiv və güclü olacağı, şimşək çaxacağı ehtimal edilir. Axşama doğru yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 14-17, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət isə 70-80 faiz təşkil edəcək.
Ölkənin rayonlarında da bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə intensiv leysan, şimşək və dolu ehtimalı var. Yüksək dağlıq ərazilərdə qar yağacağı, oktyabrın 9-dan 10-na keçən gecə və səhər saatlarında bəzi şərq rayonlarında yağıntıların güclənəcəyi bildirilir.
Axşam saatlarında yağıntıların tədricən dayanacağı, gecə və səhər bəzi yerlərdə duman olacağı proqnozlaşdırılır. Mülayim qərb küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 2-6, gündüz isə 7-12 dərəcə isti gözlənilir.

104 baxış
Paylaş: