Paşinyan Zeynəbin mahnısına qulaq asdığı anları paylaşdı
Gündəm
Expressxeberler.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan mahnısına qulaq asdığı anları sosial şəbəkə hesabında paylaşıb.
Türkmənistanda səfərdə olan Paşinyan Türkmənbaşı şəhərində velosipedlə gəzintiyə çıxıb. O, gəzinti zamanı özünü videoya çəkib.
Baş nazirin Zeynəb Həsəninin ifasında “Aram-aram” mahnısına qulaq asması diqqət çəkib. Görüntülər azərbaycanlı sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun
99
baxış



