2 milyard qoyub, 8 milyard qazandılar – GTA 6 yenə rekord qırdı

IMG_0012 Gündəm
21:06 Expressxeberler.az

GTA 6 satışa çıxmamış rekord qırdı – milyardlarla dollarlıq gəlir iddiası!

Expressxeberler.az xəbər verir ki, bütün dünyada böyük maraqla gözlənilən “GTA 6” (Grand Theft Auto VI) oyunu ilə bağlı rekord göstəricilər barədə iddialar yayılıb.

Məlumata görə, oyunun ön sifarişlərinin sayının 100 milyonu keçdiyi, bununla da istehsalçı “Rockstar Games” şirkətinin təxminən 8 milyard dollar gəlir əldə etdiyi bildirilir. Lakin bu rəqəmlərin rəsmi təsdiqi barədə məlumat yoxdur.

Böyük maraq doğuran oyunun istehsalına milyardlarla dollar vəsait xərcləndiyi iddia edilir. Layihənin hazırlanması uzun illərdir davam edir və oyun sənayesinin ən çox gözlənilən buraxılışlarından biri hesab olunur.

“GTA 6”nın noyabrın 19-da “PlayStation” və “Xbox” konsolları üçün satışa çıxarılacağı bildirilir.

Ən son xəbərləri Expressxeberler.az saytından izləyin.

75 baxış
Paylaş: