Birinci olmayanların etirazına belə cavab verdi

IMG_0910 Gündəm
13:21 Expressxeberler.az

Kazım Sübhan ifaçılara səsləndi: “Bu reaksiyanız mənə qəribə gəlir”

Expressxeberler.az xəbər verir ki, radio aparıcısı Kazım Sübhan təqdim etdiyi “Hit Parad”la bağlı ona ünvanlanan müraciətlərdən danışıb.

Aparıcı bəzi ifaçıların sıralamadakı mövqelərindən narazı qaldıqlarını bildirib. O, reytinqin şəxsi qərarından deyil, dinləyicilərin seçimindən asılı olduğunu vurğulayıb.

Kazım qeyd edib ki, ifaçılar siyahıda birinci yerdə qərarlaşanda ona təşəkkür etmirlər, lakin mövqeləri aşağı düşəndə dərhal bunun səbəbini soruşurlar.

“Bəziləriniz mənə yazırsınız ki, niyə mən yoxam, niyə bu pillədəyəm? Bu sualın cavabı məndə deyil. Çünki bu sıralamanı mən yox, dinləyici müəyyən edir.

Siz birinci yerdə olanda heç mənə yazmırdınız ki, ay Kazım, nə yaxşı birinci olmuşam, dinləyicilərə mənim adımdan təşəkkür et. Amma sonuncu pillələrdən birində olanda, yaxud bir az geriləyəndə həmin dəqiqə yazırsınız ki, mən niyə bu pillədəyəm? Açığı, bəzilərinizin bu reaksiyası mənə çox qəribə gəlir”, – deyə aparıcı bildirib.

Kazım əlavə edib ki, “Hit Parad” dinləyicilərin seçimi əsasında formalaşır və ifaçıların sıralamadakı yerini özü müəyyənləşdirmir. Onun sözlərinə görə, hər bir ifaçı müxtəlif vaxtlarda birinci, orta və ya sonuncu pillədə qərarlaşa bilər.

Aparıcı narazılıq edən ifaçılara səslənərək mahnıların sıralamasını izləməyin və səsləri özlərinin də yoxlamağının mümkün olduğunu xatırladıb. O, mövqelərinə görə inciməyi və narazılıq bildirməyi yersiz hesab etdiyini vurğulayıb.

Kazımın fikrincə, əsas məsələ mahnının dinlənilməsi, dinləyicilər arasında müzakirə olunması və “Hit Parad”ın bir hissəsinə çevrilməsidir.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

14 baxış
Paylaş: