Maşından son anda qaçmasaydı, faciə olacaqdı – Ölümlə üz-üzə…

IMG_0920 Gündəm
17:01 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında dəmiryolu xəttinin Salyan-Salmanlı sahəsində baş verib.

Belə ki, “Mercedes” markalı minik avtomobilinin sürücüsü dəmiryol keçidində qaydaları pozaraq hərəkətdə olan lokomotivin qarşısına çıxıb.

Maşinist təcili tormozlama etsə də, məsafənin az olması səbəbindən toqquşmanın qarşısını almaq mümkün olmayıb.

Sürücü son anda özünü avtomobildən ataraq xilas edə bilib.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

87 baxış
Paylaş: