“Amerikada öz hekayəmi qururam”
Dünya
Expressxeberler.az xəbər verir ki, aparıcı bir neçə il əvvəl Amerikanı öz evi adlandıracağını heç vaxt düşünmədiyini bildirib.
“İndi isə buradayam. Hər gün yeni şeylər öyrənir, dünyanın müxtəlif mətbəxlərinin dadına baxır, futbol izləməyə başlayır və yavaş-yavaş öz kiçik Amerika hekayəmi qururam”, – deyə o yazıb.
Hüsniyə Məhərrəmova ABŞ-də qazandığı dostlardan və gündəlik həyatının maraqlı məqamlarından da söz açıb.
“Elə dostlarım var ki, artıq onlarsız həyatımı təsəvvür edə bilmirəm. Başımın üzərində uçan dələlər, qartallar, uzun müddət yaşıl işığın yanmasını gözlədiyim işıqforlar və həmin vaxt Bakıda yaşayan bütün qohumlarıma mesaj yazmaq imkanım, Meksika istehsalı olan içkilərin dadı, gülümsəyən insanlar və tanımadığım şəxslərin komplimentləri həyatımın bir hissəsinə çevrilib”, – deyə aparıcı qeyd edib.
Hüsniyə Məhərrəmova sonda bu yolda yaşadığı hər an üçün Allaha şükür etdiyini vurğulayıb.
“Allahın məni bura gətirdiyinə, öyrəndiyim hər dərsə, qazandığım hər nemətə, hətta nə etdiyimi bilmədiyim anlara görə belə sonsuz minnətdaram”, – deyə o bildirib.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun



