Məktəb yaşında hicab vacibdirmi? “Allahın uşaqların örtünməsi ilə bağlı belə bir əmri yoxdur” — Elşad Miri

IMG_0576 Cəmiyyət
13:33 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, ilahiyyatçı Elşad Miri məktəb yaşlı qızların hicab taxması ilə bağlı açıqlama verib.

O bildirib ki, bu yaşda qız uşaqlarının başlarını örtməsi dini baxımdan vacib deyil.

“Amma bu körpə yaşda onlara başörtüsü geyindirmək vacibdirmi? Təbii ki, xeyr. Allahın uşaqların örtünməsi ilə bağlı belə bir əmri yoxdur”, – deyə Elşad Miri bildirib.

İlahiyyatçının sözlərinə görə, bəzi valideynlər uşaqları gələcəkdə hicab taxmağa alışdırmaq, digərləri isə özlərini daha dindar göstərmək məqsədilə belə qərar verə bilərlər.

Elşad Miri qeyd edib ki, bu yanaşma uşaqların uşaqlıqlarını yaşamasına və məktəb yoldaşları ilə münasibətlərinə mənfi təsir göstərə bilər.

O, həmçinin tanıdığı bəzi şəxslərin valideynlərinin tələbi ilə məktəb illərində başlarını örtdüklərini, lakin sonradan müstəqil qərar verərək hicabdan imtina etdiklərini söyləyib.

Ən son xəbərlər üçün Expressxeberler.az saytını izləyin!

408 baxış
Paylaş: