Mənfi rolları ilə tanınan aktyor vəfat etdi

IMG_6770 Hadisə
17:14 Expressxeberler.az

1960-1970-ci illərdə canlandırdığı obrazlarla tanınan türkiyəli aktyor, şair və yazıçı Nihat Ziyalan vəfat edib.

Expressxeberler.az xəbər verir ki, sənətçi 90 yaşında Avstraliyada dünyasını dəyişib.

Nihat Ziyalan karyerası ərzində çoxsaylı filmlərdə rol alıb. O, xüsusilə mənfi obrazları ilə tamaşaçıların yaddaşında qalıb.

Aktyor Kadir İnanır, Hülya Koçyiğit, Ediz Hun, Lale Belkıs, Türkan Şoray, Fatma Girik və Selma Güneri kimi dövrünün tanınmış sənətçiləri ilə eyni layihələrdə çəkilib.

Nihat Ziyalanın rol aldığı məşhur filmlər arasında “Seyyit Han (Toprağın Gelini)”, “Umutsuzlar”, “Sezercik Aslan Parçası”, “Üç Kağıtçılar” və “Her Şey Oğlum İçin” yer alır.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

18 baxış
Paylaş: