Milli Qəhrəman İbad Hüseynov Gürcüstanda saxlanıldı
Cəmiyyət
Expressxeberler.az xəbər verir ki, İbad Hüseynov Gürcüstanda saxlanılıb.
Bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat yayıblar.
Məlumata görə, oktyabrın 22-də Gürcüstana səfər edən İbad Hüseynov hava limanında gömrük əməkdaşları tərəfindən saxlanılıb. Ona ölkəyə buraxılmayacağı bildirilib.
Azərbaycanın Gürcüstandakı səfirliyinin müdaxiləsindən sonra İbad Hüseynov sərbəst buraxılıb.
Qeyd edək ki, İbad Hüseynov oktyabrın 23-də Gürcüstanda keçiriləcək tədbirdə iştirak etmək üçün Tbilisiyə yollanıb.
#İbadHüseynov #Gürcüstan #Tbilisi #Azərbaycan #Expressxeberler #Expressxeberler.az
692
baxış



